Azərbaycanda borc məsləhət mərkəzlərinin yaradılması TƏKLİF OLUNUR

Azərbaycanda borc məsləhət mərkəzlərinin yaradılması TƏKLİF OLUNUR
11:57 23 Noyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda perspektivdə borc məsləhət mərkəzləri yaradıla bilər.  

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə Koorporasiyasının (İFC) Azərbaycan üzrə direktoru Aliyə Əzimova bildirib.

"Borc məsləhət mərkəzlərinin yaradılması sahəsində İFC böyük təcrübəyə malikdir. Bu sahədə Azərbaycanda potensial çoxdur. Belə mərkəzlərin yaradılması həddən artıq borclanmanın qarşısını almaqda mühüm rol oynaya bilər. Borclar üzrə məsləhətləşmələr mexanizminin yaradılması önəmlidir", - deyə A.Əzimova qeyd edib. 
A.Əzimova bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatı təzyiq altındadır. Ticarət sahəsində tarazlığın pozulması maliyyə sektoruna da mənfi təsir göstərib.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda bir sıra layihələr, o cümlədən fermerlərlə biznesin idarə edilməsi üzrə layihənin həyata keçirilməsi də mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR