Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ağdamda "APA-Holdinq" əməkdaşlarına hücum edilib, kamera sındırılıb

Ağdamda "APA-Holdinq" əməkdaşlarına hücum edilib, kamera sındırılıb

Date: 23 November 2016 11:59

 

Ağdamda Azəri-Press İnformasiya Agentliyinin (APA) və APA TV-nin əməkdaşlarına qarşı zorakılığa yol verilib.

 

Qidadan zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən Rəşad Nəcəfov və yaxınları APA TV-nin çəkiliş qrupuna hücum edərək, televiziyaya məxsus “Panasonic-HD 3MOS” markalı videokameranın obyektivini sındırıblar.  

 

Zorakılığa məruz qalan jurnalistlər bununla bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.

 

Qeyd edək ki, rayonun Quzanlı qəsəbəsinin sakinləri Rəşad Nəcəfov, Arzu Nəsibova, Rasim Naibov və Ramiz Naibov dünən Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər.

 

Onlar bir gün əvvəl açılan pomidor turşusunu yedikdən sonra özlərini narahat hiss etdiklərini bildiriblər.

 


Tags:  Ağdamda APA-Holdinq əməkdaşlarına hücum edilib kamera sındırılıb


RƏYLƏR


Top news