Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu uşağı milyonlarla insan izləyir - VİDEO

Bu uşağı milyonlarla insan izləyir - VİDEO

Date: 23 November 2016 12:03

Suriya münaqişəsindən ən çox əziyyət çəkən heç şübhəsiz uşaqlardır.

Hələbin kimyəvi tərkibə malik mərmilərlə bombalanması nəticəsində zəhərlənən suriyalı uşağın videogörüntüləri ürək parçalayır. “Al Jazeera”nin yayımladığı videogörüntülərdə 12 yaşlı uşağın ağlaması əks olunub.

Yaşadıqlarını göz yaşları içində ifadə edən suriyalı, həkimlərə “görəsən öləcəyəm?” deyə sual verir. Bildirilir ki, tibb işçilərinin səyi nəticəsində xlor qazından zəhərlənən oğlanın səhhəti normallaşıb. Görüntülərə qısa müddət ərzində milyonlarla internet istifadəçisi münasibət bildirib.

(atv)


Tags:  uşağı milyonlarla insan izləyir VİDEO

RƏYLƏR


Top news