Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan MDB məkanında ilk dördlükdədir

Azərbaycan MDB məkanında ilk dördlükdədir

Tarix: 23 Noyabr 2016 12:05

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tərtib etdiyi informasiya-kommunikasiya texnologiyalarının inkişafı indeksində 58-ci yer tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məlumat ITU-nun "İnformasiya cəmiyyətinin ölçülməsi-2016" hesabatında yer alıb.

Bu göstərici ilə Azərbaycan MDB dövlətləri arasında dördüncü yerdə qərarlaşıb. Yalnız Belarus, Rusiya və Qazaxıstandan geri qalan Azərbaycan Gürcüstan, Ukrayna, Özbəkistanı qabaqlayıb.

ITU-nun qiymətləndirməsinə görə, 2016-cı ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı 6,28 xal təşkil edib.

Milli.Az


Teqlər:  Azərbaycan MDB məkanında ilk dördlükdədir



RƏYLƏR


Top xəbərlər