Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İcra sənədlərini qərəzli icra etməyən 3702 nəfər məsuliyyətə cəlb olunub

İcra sənədlərini qərəzli icra etməyən 3702 nəfər məsuliyyətə cəlb olunub

Date: 23 November 2016 12:05

Bu ilin 9 ayında Azərbaycanda icra sənədlərini qərəzli icra etməyən 3702 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun "Azərbaycan ədliyyəsi müstəqilliyimizlə birgə inkişaf edir" adlı məqaləsində deyilir.

Qeyd olunur ki, təkcə cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 60 faizdən çox artıb, onlardan 230 mindən çoxunun icrası təmin edilib. İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 3702 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2441 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 260 şəxs barəsində cinayət işi başlanılıb.

Həmçinin, 5694 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərin üzərindən əvvəllər qoyulmuş belə məhdudiyyət götürülüb.

Ədliyyə Nazirliyinin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 428 cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.

Milli.Az


Tags:  İcra sənədlərini qərəzli icra etməyən 3702 nəfər məsuliyyətə cəlb olunub

RƏYLƏR


Top news