Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə prezidenti : “Avropa Parlamentindəki səsvermənin bizə təsiri və heç bir dəyəri yoxdur”

Türkiyə prezidenti : “Avropa Parlamentindəki səsvermənin bizə təsiri və heç bir dəyəri yoxdur”

Date: 23 November 2016 12:07

Bakı. 23 noyabr. REPORT.AZ/ ”Buradan bütün dünyaya müraciət edirəm: sabahkı səsvermənin nəticəsi nə olursa-olsun, onun bizə təsiri və gözümüzdə heç bir qiymət yoxdur”.
“Report” "Haber-7"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (İTƏDK) 32-ci toplantısındakı çıxışında deyib. 
Prezident qeyd edib ki, Türkiyəyə qarşı ikiüzlü davranış və təziyiqlər hələ də davam edir: "Bu səsvermənin nəticələrini qəbul etməyimiz mümkün deyil. Avropa Parlamentinin belə bir səsverməyə getməsi terrora dəstəyinin göstəricisidir. Avropa ölkələrinin çoxu hazırda terror qruplaşmalarına sığınacaq və dəstək verir”.
Qeyd edək ki, noyabrın 24-də Avropa Parlamentində Türkiyənin Avropa İttifaqına üzvlüyə namizədliyi ilə bağlı danışıqların dayandırılıması haqda qətnamə layihəsi səs verməyə çıxarılacaq. Həmin sənədə əsasən, bu il iyulun 15-dən-dövlət çevrilişinə cəhddən sonra Türkiyədə represiyalar artıb. Ona görə də layihə müəllifləri danışıqları dayandırmağı təklif ediblər. 


Tags:  Türkiyə prezidenti Avropa Parlamentindəki səsvermənin bizə təsiri heç dəyəri yoxdur

RƏYLƏR


Top news