Məşhur şərhçi TFF prezidenti olmaq istəyir

Məşhur şərhçi TFF prezidenti olmaq istəyir
12:17 23 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Rıdvan Dilmen Türkiyə Futbol Federasiyasının prezidenti olmaq istəyir. Fanat.Az xəbər verir ki, bu barədə o, özü açıqlama verib.


"TRT Spor"da yayımlanan "Futbolun Zirvəsi" proqramında qonaq olan məşhur şərhçi 2019-cu ildə TFF prezidentliyinə namizəd olacağını bildirib: "1962-ci ildə Nazilli doğulmuşam. Mənim adım Rıdvan, soyadım Dilmen. Mən dişimlə-dırnağımla çalışa-çalışa "Fənərbaxça" və milli komandada futbol oynamışam. Dişimlə-dırnağımla çalışa-çalışa Türkiyənin gəlib-getmiş bir nömrəli şərhçisi oldum. Futbolda yeni bir dəb yaratdım. Səhvlərim də olur. Mən biri getsin onun yerinə gəlim kimi düşüncələrlə yaşamıram. TFF-də hər hansı bir vəzifəni tutmaq niyyətim də yoxdu. İlk dəfə deyirəm ki, 2019-da səhhətim qaydasında olsa, TFF prezidentliyinə namizəd olacam".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mhur-rhci-tff-prezidenti-olmaq-istyir-t54374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR