Noyabr ayının 23-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Milli.Az xəbər verir ki, qəzetin yeni sayında oxucular "Prezident İlham Əliyev: Total ilə əməkdaşlığımız yaxşı tarixə malikdir", "Yeni Bakı limanının tikintisinin birinci mərhələsi 2017-ci ildə başa çatacaq", "Azərbaycan 2017-ci ildə sosial xərclərin azaldılmasını planlaşdırmır", "Avstriya Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verməyə hazırdır" başlıqlı və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.
Milli.Az