Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Date: 23 November 2016 12:32

Bakı. 23 noyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, havanın gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz, gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.


Tags:  Sabaha olan hava proqnozu açıqlanıb

RƏYLƏR


Top news