Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AMEA Zoologiya İnstitutunun 80 illik yubileyi keçirilib

AMEA Zoologiya İnstitutunun 80 illik yubileyi keçirilib

Date: 23 November 2016 12:32

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Zoologiya İnstitutunun 80 illik yubiley mərasimi keçirilib. 
"Report"un məlumatına görə, akademiyanın prezidenti Akif Əlizadə bildirib ki, bu gün zoologiya elminin qarşısında yeni problemlər dayanıb: "Molekulyar zoologiya üzrə tədqiqatların aparılması ən önəmli məsələlər sırasında olmalıdır. Azərbaycanda innovasiya elmi bir qədər də geniş inkişaf etməlidir. Artıq klassik zoologiya elminin zamanı keçib. Təbiət elmlərinin istiqamətləri zamanın tələblərinə uyğun dəyişməlidir. Zoologiya elminin molekulyar səviyyədə inkişafı nəzərdə tutulur. Heyvanlar üzərində gen səviyyəsində tədqiqatların aparılması və digər istiqamətlərin inkişafı nəticəsində Azərbaycan elminin gələcək inkişafına nail olmaq olar".
O qeyd edib ki, Zoologiya İnstitutu Azərbaycanın ilk elmi-tədqiqat institutlarından biridir: "Ölkəmizin elm tarixində müstəsna xidmətləri olan bu institut zoologiyanın müxtəlif sahələrində elmi potensialın yaradılmasında mühüm rol oynayıb".
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov deyib ki, son dövrlərdə zoologiya elmi qarşısında qoyulan tələblər tamam fərqlənir: "İrsi qan və digər xəstəliklərin həlli üçün də zoologiyadan yeniliklər gözləyirik".
AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov elmi müəssisənin tarixi barədə geniş məlumat verib və gələcəkdə görülməli olan işlərdən danışıb.
Tədbir çıxışlar və təbriklərlə davam edib.


Tags:  AMEA Zoologiya İnstitutunun 80 illik yubileyi keçirilib

RƏYLƏR


Top news