Sabah ölkə ərazisində şaxtalı hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az verilən məlumata görə, noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun yarımadada gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunundan 778 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 24-də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.