Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Masallının daha bir kəndinə qaz verilib

Masallının daha bir kəndinə qaz verilib

Date: 23 November 2016 12:47

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Masallı rayonunun Məmmədoba kəndinə ilk dəfə təbii qaz verilib.
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 218 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 090 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 
Həmçinin vurğulanıb ki, hazırda rayonun daha 9 kəndində - İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək. 


Tags:  Masallının kəndinə qaz verilib

RƏYLƏR


Top news