Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Date: 23 November 2016 12:47

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu günlərdə “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündə 2582 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Girməkiüstü qumlu lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 2 410-2 395 metr intervaldan gündəlik 20 ton neft və 12 000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.
Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir. 


Tags:  Neft Daşları yatağında yeni quyu istismara verilib

RƏYLƏR


Top news