Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sevimli Dad" bağlandı?

"Sevimli Dad" bağlandı?

Date: 23 November 2016 12:53

Mətbuatda "Sevimli Dad" MMC-nin müflis olması barədə xəbərlər yer alıb. Qeyd olunur ki, mağazalarda firmanın məhsullarının satışı dayanıb. Şirkətin xeyli sayda işçisi ixtisar olunub və yanvardan müəssisə tamamilə fəaliyyətini dayandıracaq.

Buna səbəb iqtisadi böhranın vurduğu maliyyə zərbəsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi və firmanın aylardır ki, zərərlə işləməsi olub.

Məsələ ilə bağlı “Sevimli Dad” MMC-in menecer rəhbəri Azadə Rzayeva Publika.az-a bildirib ki, yayılan məlumatlar əsassızdır:

“İşçilərimiz hamısı iş yerindədir. Bizdə heç bir ixtisar yoxdur. İşimiz normal qaydada davam edir, hər gün fəaliyyət göstəririk və hər şey normaldır. İqtisadi böhranın maliyyə zərbəsi nəticəsində şirkətin yanvardan fəaliyyətini dayandıracağı xəbəri yalandır, belə bir fikrimiz yoxdur. Digər aylarda da belə bir məqsəd haqda düşünmürük. Yalnış məlumatlardır”.

Qeyd edək ki, “Sevimli Dad” MMC kolbasa və delikates ət məmulatları istehsal edən “М&T ltd” firması və süd məhsulları istehsal edən “Milk-Pro” MMC tərəfindən yaradılmış və eyni ticarət nişanı altında ət və süd məhsulları realizə edən mağazalar şəbəkəsidir. Şirkət 1 sentyabr 2002-ci il tarixindən fəaliyyət göstərir.

İqtisadiyyat şöbəsi


Tags:  Sevimli Dad bağlandı

RƏYLƏR


Top news