Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“KQB” agentinin Qarabağ oyunu – MƏXFİ TAPŞIRIQ

“KQB” agentinin Qarabağ oyunu – MƏXFİ TAPŞIRIQ

Date: 23 November 2016 13:03

Ermənistanda hakimiyyət əleyhinə çıxışlar edən, həmçinin, Rusiyanı tənqid edən məşhur politoloq İqor Muradyan Rusiya xüsusi xidmət orqanlarının agenti imiş.

Publika.az
xəbər verir ki, bu iddia ilə “armenianreport” saytında jurnalist Tevos Artakyan çıxış edib.

Artakyan iddia edir ki, hətta o, “KQB”-nin zamanından bu işlə məşğuldur və özünü Rusiyanın tənqidçisi kimi göstərir.

“Muradyan Rusiyanın Ermənistanın dövlət müstəqilliyinə təhlükə olduğunu zaman-zaman vurğulayır. Bu, onun missiyasıdır. O, Dağlıq Qarabağ məsələsində də Ermənistanın deyil, Rusiyanın maraqlarının təmin olunması istiqamətində çalışır və bu fikirlərini özünün anti-Rusiya çıxışları altında cəmiyyətə ötürür”, - deyə Artakyan Muradyanı ittiham edir.

Erməni jurnalist daha sonra qeyd edir ki, Muradyanın Rusiya və Ermənistan birgə ordusunun yaradılmasını müdafiə etməsi də Moskvanın sifarişini yerinə yetirməkdir: “Halbuki, belə bir ordunun yaradılması Ermənistanın dövlət müstəqilliyinin tamamilə itirilməsinə gətirib çıxaracaq. Bir sözlə, Muradyan Kremlin Ermənistanda yerləşdirdiyi agentidir və bu agent Dağlıq Qarabağ məsələsindən tutmuş, bir çox məsələdə rusların maraqlarına xidmət edir. O, bütün bunları Rusiya xüsusi xidmət orqanlarının məxfi tapşırığı ilə edir”.

Asif



Tags:  KQB agentinin Qarabağ oyunu MƏXFİ TAPŞIRIQ



RƏYLƏR


Top news