Türkmənbaşının oğlu deputat seçildi: yeni prezident odur?

Türkmənbaşının oğlu deputat seçildi: yeni prezident odur?
13:08 23 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Türkmənistan prezidentinin oğlu Sərdar Berdiməhəmmədov deputat seçilib.

Publika.az
xəbər verir ki, bu barədə noyabrın 22-də Türkmənistan dövlət televiziyası məlumat yayıb.

Ötən həftənin bazar ertəsi Türkmənistan Milli Məclisində boş qalmış üç yerə seçkilər keçirilib.

Prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Axal vilayətindəki 24 saylı “Duşak” dairəsindən seçilib.

Türkmənistan Mərkəzi Seçki Komissiyasının iclasında yeni seçilmiş deputatlara mandat təqdim olunub.

Qeyd edək ki, Sərdar Berdiməhəmmədov bu ilin iyul ayında prezidentin xüsusi qərarı ilə Xarici İşlər Nazirliyində işləməyə başlayıb. O, bu vəzifəyə təyin olunana qədər prezidentin yanında Karbohidrogen Resurslarının Mənimsənilməsi üzrə Dövlət Agentliyində çalışıb. Adıçəkilən agentlik iyulun 15-də prezidentin sərəncamı ilə ləğv olunub.

Məlumatlara görə, Sərdar Berdiməhəmmədov 2008-2011-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. 2014-cü ilin avqustunda Türkmənistan Elmlər Akademiyasında dissertasiya işinə başlayıb, bir il sonra o, müdafiə edərək texniki elmlər doktoru dərəcəsini alıb.

“Fərqanə” agentliyi yazır ki, Sərdar Berdiməhəmmədov Türkmənistana yeni prezident olaraq hazırlanır. Türkmənistan prezidentinin bir oğlu və üç qızı, həmçinin, dörd nəvəsi var.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR