Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Unileasing" dollar istiqrazlarını vaxtından əvvəl geri almağa başlayıb

"Unileasing" dollar istiqrazlarını vaxtından əvvəl geri almağa başlayıb

Date: 23 November 2016 13:12

Bakı. 23 noyabr. REPORT.AZ/ "Unileasing" QSC ABŞ dolları ilə buraxdığı istiqrazları tədavül müddəti bitməmiş dövriyyədən çıxarmağa başlayıb. "Report" xəbər verir ki, artıq 200 min dollarlıq istiqraz vaxtından əvvəl geri alınıb.
Bununla bağlı noyabrın 21-də Bakı Fond Birjasında (BFB) müvafiq əqd bağlanılıb.
Xatırladaq ki, lizinq şirkətinin istiqraz emissiyası ötən ilin fevral ayında qeydə alınıb. BFB-nin Listinq Komitəsinin qəbul etdiyi qərarla "Unileasing"in hər birinin nominal dəyəri 1 000 dollar olan 5 000 ədəd (5 mln. dollarlıq) sənədsiz adlı təminatsız, faizli istiqrazları alternativ bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmənin anderrayteri "Unicapital" investisiya şirkəti olub. 3 il müddətinə tədavülə buraxılın qiymətli kağızların illik gəlirliliyi 12% olub və faizlər 3 aydan bir ödənilib.
İndiki bazar şərtləri ilə dollarda illik 12% dividend ödəmək fantastik görünsə də, "Unileasing"dən istiqrazların vaxtından əvvəl geri alınmasını belə izah ediblər: "Əlimizdə vəsaitimiz olub və qiymətli kağızları geri almışıq".
Qeyd edək ki, "Unileasing" 2004-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,8 mln. manatdır. Şirkətin səhmlərinin 66,67%-i "Unibank" ASC-yə, 33,33%-i isə Eldar Mahmud oğlu Qəribova ("Unibank"ın Müşahidə Şurasının sədri) məxsusdur. 


Tags:  Unileasing dollar istiqrazlarını vaxtından əvvəl geri almağa başlayıb

RƏYLƏR


Top news