Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəxsi həyatın gizliliyinə son qoyuldu – YENİ QANUN

Şəxsi həyatın gizliliyinə son qoyuldu – YENİ QANUN

Date: 23 November 2016 13:18

Böyük Britaniyada kiber-təhlükəsizlik haqqında yeni qanun qəbul edilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Krallığın qanunverici palatası tərəfindən qəbul edilən sənəd hökumət orqanlarının bütün vətəndaşların, hətta barələrində rəsmi araşdırma olmayan şəxslərin internet və telefon məlumatlarına girişini təmin edir.

“Araşdırma Səlahiyyətləri haqqında” qanun bu ilin sonunadək qüvvəyə minəcək.

Kibertəhlükəsizlik haqqında qanun aşağıdakı müddəaları nəzərdə tutur.

- Rabitə və informasiya operatorları sifrələrini silməli və vətəndaşlara aid informasiyalara daxil olmaq üçün hökumət strukturlarına kömək etməlidir.

- Polis və başqa hüquq-mühafizə orqanları istifadəçi interfeysi vasitəsilə bu informasiyalara giriş əldə edə, şübhəli və şübhəli olmayan şəxslərin profillərində axtarış apara bilərlər

- İnternet provayderlər hər bir istifadəçinin axtarışının tarixini bir il ərzində qeydə almalıdır

- Mühafizə xidmətlərinə dövlət və şəxsi məlumat bazalarında araşdırmalar aparmağa icazə verilir

- Dövlət orqanları informasiyanı toplu şəkildə ala bilərlər

- Səlahiyyətli polislər və başqa orqanlar bu şərtlər altında istifadəçilər haqqında şəxsi informasiyanı ala bilərlər.

Ömər Dağlı


Tags:  Şəxsi həyatın gizliliyinə son qoyuldu YENİ QANUN

RƏYLƏR


Top news