Aytən Səfərova: "Çıxın kabinetlərinizdən…"

Aytən Səfərova: "Çıxın kabinetlərinizdən…"
13:22 23 Noyabr 2016
269 Ölkə
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Aytən Səfərova məktəb dərsliklərindən şikayət edib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Aytən Səfərova sosial şəbəkədə yazıb: "Azərbaycan məktəblərində, Azərbaycanın təhsil proqramında ən lazımsız dərs informatika dərsidir. Kitabda yazılanları uşaqların özləri müəlliflərdən daha yaxşı bilirlər.
 
Bütün dünya uşaqlarının planşetlərdən və mobil qurğulardan istifadə etdiyi və bu sahədən böyüklərdən də yaxşı baş çıxardığı bir dövrdə, "mışka", Windows" proqramında direktoriyalar açmaq, fayl yaratmaq kimi bəsit (və artıq 1-2 ildən sonra lazım olmayacaq) informasiyalarla uşaqların beynini yükləmək, zənnimcə, qəddarlıqdır. Daha ağıllı bir şey fikirləşin! Çıxın kabinetlərinizdən. Başla və gələcək nəslimizlə dost olmağın vaxtıdır. Uşaqları balaca vaxtından iyrəndirməyin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR