"Lester"in müdafiəçisi Cefri Şlup qəzaya uğrayıb.
Milli.Az "The Sun"a istinadla bildirir ki, qəza nəticəsində futbolçunun 222 min avroluq (təxminən 440 min AZN ) "Lamborghini"si əzilib. Futbolçu xəsarət almayıb. O, qəzadan sonra bu barədə polisə məlumat verib.
"Lamborghini"dən əlavə, iki ədəd son model "BMW" və "Mercedes"i olan Cefri polislərə qəzaya görə məyus olmadığını bildirib.
"Eybi yox, məndə belə maşınlar çoxdur".
Milli.Az