Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İslam Bankının qadın direktoru qətlə yetirildi

İslam Bankının qadın direktoru qətlə yetirildi

Date: 23 November 2016 13:27

Misirin paytaxtı Qahirənin ətrafında mərkəzi Abu-Dabidə yerləşən İslam Bankının qadın baş direktoru Nevin Lufinin meyidi aşkarlanıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, onun meyidi üzərində xeyli bıçaq yarası aşkar olunub.

N.Lufi ərəb ölkələrində bankın baş direktoru olmuş ilk qadındır. O, 1976-cı ildə Qahirədəki Amerika Universitetində iqtisadiyyat üzrə birinci dərəcəli təhsil alıb. 

Lufi, həmçinin ABŞ və Avropa ölkələrinin banklarında işləyib. O, inkişaf edən bazar, kapitalın idarə edilməsi və kredit riski məsələləri üzrə ixtisaslaşıb.

Milli.Az


Tags:  İslam Bankının qadın direktoru qətlə yetirildi

RƏYLƏR


Top news