ŞOK HADİSƏ: Anasının cəsədi ilə günlərlə...

ŞOK HADİSƏ: Anasının cəsədi ilə günlərlə...
13:33 23 Noyabr 2016
296 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bursa şəhərində psixoloji problemləri olan 51 yaşındakı Dilek Toktaşlı birlikdə yaşadığı 87 yaşlı anası Hanife Toktaşlı öləndən sonra onun cəsədi ilə üç həftə birlikdə qalıb.

Publika.az xəbər verir ki, qonşular pis qoxunun gəldiyini polisə xəbər verəndən sonra hadisə ortaya çıxıb.

Evə gələn polis əməkdaşları 87 yaşlı qadının cəsədi ilə qarşılaşıblar. Qızı isə qaçmaq istəyərkən, polislər tərəfindən tutulub. Məlumatlara görə, ana və qız 10 ildən artıq müddətdə həmin evdə yaşayıblar.

Polis Dilek Toktaşlıdan anasının öldüyü haqda niyə xəbər vermədiyini soruşub. O isə “fikirləşdim, sağalacaq, ona görə polisə xəbər vermədim”, - deyə cavab verib.

“Qazımız kəsilmişdi. Mən də anam üşüməsin deyə gedib qaz pulunu ödədim. Amma cümə günündən bəri heç danışmır. Dünən ona su və meyvə verdim, yemədi. Telefonumuz da olmadığı üçün heç kimə zəng edə bilmədim”, - deyə o bildirib.

Tibbi ekspertiza müəyyən edib ki, 87 yaşlı qadın 20-25 gün öncə ölüb.

Nəriman


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR