Yeni küçə fənərləri günəş enerjisi və piyadaların addımından əldə edilən enerji ilə işləyir

Yeni küçə fənərləri günəş enerjisi və piyadaların addımından əldə edilən enerji ilə işləyir
13:35 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Las-Veqası cəsarətlə “gecə işıqları şəhəri” adlandırmaq olar. Hər axşam adıçəkilən şəhərin küçələrində yanan saysız-hesabsız lampalar kazino və mehmanxanaların fasadlarına işıq salır. Hər il şəhəri milyonlarla turist ziyarət edir. Bu iki səbəb sayəsində məhz Las-Veqasda “EnGoPlanet” şirkəti tərəfindən yaradılmış yeni qeyri-adi küçə fənərləri quraşdırılıb. Yeni fənərlərin əsas özəlliyi odur ki, onlar yalnız küçələri işıqlandırmır, həm də daxili kameralar sayəsində  şəhərdə qayda-qanuna nəzarət etməyə kömək edir, “Wi-Fi” paylayır və mobil qurğular üçün enerjidoldurma stansiyası rolunu oynayır. Bu halda qeyri-adi küçə fənərlərini şəhər elektrik şəbəkəsinə qoşmaq lazım deyil.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, istehsalçıların məlumatına görə, “EnGoPlanet” fənərləri özünü enerji ilə təmin edə bilir. Bunun üçün onlara günəş paneli qurulub və fənər sütununun yaxınlığında yerləşən kiçik səth piyadaların addımından enerji toplayır.

Fənərlər, həmçinin uzaq məsafədən monitorinq sistemi ilə təchiz edilib. Belə sistemin köməyi ilə şəhər xidmətləri batareyaların şarjının səviyyəsini izləyə və məsafədən nasazlıqları yoxlaya bilər. Gələcəkdə belə fənərlər yalnız şəhərin elektrik xərclərini deyil, həm də atmosferə buraxılan karbon qazının tullantılarının həcmini azaldacaq.


Emil Hüseynov





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44492-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR