Azərbaycan banklarından daha bir gözlənilməz addım

Azərbaycan banklarından daha bir gözlənilməz addım
13:37 23 Noyabr 2016
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Ancelina Colidən gözlənilməz addım (09 May 2017 14:57)

Vətəndaşlar vaxtilə götürdükləri krediti banklara qaytara bilmirlər. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu cür mübahisələrdə isə çox zaman vətəndaşlar tərəfindən götürülmüş kreditlə alınmış avtomaşınlar xüsusi diqqət cəlb edir. Belə ki, kreditlə götürülmüş maşının borcunu ödəyə bilmədikdə bank maşını vətəndaşın əlindən alır.

Lakin bir sıra hallarda banklar hətta maşını müştəridən geri aldıqdan sonra da qalan borcun ödənilməsi üçün məhkəmələrə müraciət edir. Məhkəmələr də bu kimi mübahisələrdə bankların xeyrinə daha çox qərar qəbul edir. Halbuki qanunvericiliyə əsasən, avtomaşının banka qaytarılması vətəndaşı borcdan azad edə bilər.

Ancaq təcrübə onu göstərir ki, vətəndaşlar bu kimi hüquqi məsələdən çox vaxt xəbərsiz olur. 
Mövcud problemlə bağlı "Qafqazinfo"ya açıqlama verən Vəkillər Kollegiyasın üzvü Paşa Səfərov bildirib ki, vətəndaş bankdan kredit götürdüyü pulla çox zaman avtomaşın alır və həmin avtomaşını götürdüyü kredit təminatı kimi girova (ipotekaya) qoyur və bu barədə tərəflər arasında müvafiq olaraq girov (ipoteka) müqaviləsi bağlanılır: "Sonradan vətəndaş krediti ödəməkdə çətinlik çəkdiyi zaman əksər hallarda kreditin təminatı kimi girova (ipotekaya) qoyulmuş avtomaşını banka qaytarır, yaxud bank həmin avtomaşını vətəndaşdan alır. Əksər hallarda bu alınma məcburi qaydada həyata keçirilir.

Amma banklar adətən bununla kifayətlənmir, vətəndaşa qarşı borcun, ona hesablanmış faizin tutulması, tutmanın girov qoyulmuş avtomaşına yönəldilməsi ilə bağlı iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edir.

Halbuki Mərkəzi Bank tərəfindən 18 noyabr 2008-ci il tarixdə təsdiq edilmiş "Banklarda kreditlərin verilməsi qaydalarına" əsasən, bankdaxili qaydalarda ən azı aşağıdakı tənzimləmə tədbirləri əks olunmalıdır: 
- borcalan tərəfindən əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinə, əlavə təminatın verilməsinin təmin olunmasına yönəldilmiş tədbirlər;

- borcalanın maliyyə imkanlarını və ödəmə qabiliyyətini gücləndirmək yollarının tapılması istiqamətində borcalanla birgə tədbirlərin görülməsi (məsləhətçi xidmətlərinin cəlb edilməsi, əməliyyat xərclərinin azaldılması və/və ya gəlirlərin artırılması, aktivlərin satılması proqramının hazırlanması, müəssisənin yenidən təşkili, borcun restrukturizasiyası proqramının hazırlanması, kreditin şərtlərinin dəyişdirilməsi və s.

- kredit üzrə borcalanın öhdəliklərinin başqa fiziki və ya hüquqi şəxsə ötürülməsi; borcun qaytarılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydada kredit təminatına tələbin yönəldilməsi".

Onun sözlərinə görə, məhkəmə çox hallarda bankın iddia tələbini təmin edərək, vətəndaşdan borcun, ona hesablanmış faizin tutulması, tutmanın girov qoyulmuş avtomaşına yönəldilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Həmin qərarın icrası zamanı, demək olar ki, əksər hallarda borcun girov qoyulmuş avtomaşına yönəldilməsindən sonra, avtomaşının satışından əldə olunan vəsait borcu tam şəkildə ödəmir və belə olan halda borcun yerdə qalan hissəsi "İcra haqqında" Qanunun müvafiq normalarına uyğun olaraq vətəndaşdan tələb olunur".

P. Səfərov əlavə edib ki, "əgər borclu olan şəxs borcunun bir hissəsini müvafiq qaydada ödəyibsə və sonradan müəyyən səbəblərə görə (məsələn, maddi vəziyyətinin pisləşməsi və s.) borcu ödəyə bilməmişsə və bankdan götürdüyü kreditlə müvafiq olaraq aldığı və kreditin təminatı kimi girov qoyulmuş avtomaşını banka qaytarmaq niyyətində olduğunu bildiribsə və bank avtomaşını qəbul edibsə, bu artıq borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmiş hesab olunması üçün əsasdır: "Artıq belə mübahisələrlə bağlı bir neçə mülki iş üzrə sözügedən məhkəmə qətnamələri mövcuddur və həmin qərarlar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılıb. Belə ki, son zamanlar bu cür mübahisələrdə iki iş üzrə məhkəmə vətəndaşın xeyrinə qərar qəbul edib".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ən parlaq canlılar

29 May 2017 04:21

Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb

29 May 2017 04:07

Şəkidə it ev sahibini dişlədi

29 May 2017 04:03

Universitetdə məktəb kampusu - FOTO

29 May 2017 03:32

Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur

29 May 2017 03:24

Braziliyada 50-dən artıq aviareys təxirə saxlanılıb

29 May 2017 03:22

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib

29 May 2017 03:22

Qaxın ucqar kəndinə dolu yağdı - FOTO

29 May 2017 02:58

Böyürtkənin inanılmaz faydaları

29 May 2017 02:49

"Roma"nın kapitanı Françesko Totti karyerasını başa vurub

29 May 2017 02:42

Cənubi koreya hərbiçiləri KXDR-in raket buraxılışını həyata keçirildiyi haqda xəbər veriblər

29 May 2017 02:36

Göydələndəki apartament - FOTO

29 May 2017 02:32

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

29 May 2017 02:28

Gəncədə avtomobil süpürgəçini öldürdü

29 May 2017 01:58

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

29 May 2017 01:57

Gürcü ekspert: “Ermənistandakı “İsgəndər-m” operativ-taktiki raket kompleksi region üçün təhlükədir"

29 May 2017 01:47

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 01:43

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi

29 May 2017 01:34

“Roma” "İmperator"u belə yola saldı - FOTO/VİDEO

29 May 2017 01:33

70-ci illərin binasındakı mənzil - FOTO

29 May 2017 01:32

Saqqal saxlayan kişilərə pis xəbər

29 May 2017 01:24

Goranboyda maşın aşdı - 4 yaralı

29 May 2017 01:19

ÇL-nin qrup mərhələsinə birbaşa vəsiqə qazanan klublar - SİYAHI

29 May 2017 01:09

Mayın 29-na olan

29 May 2017 00:58

Somalidə silahlı kişi insanlara atəş açıb: 6 ölü

29 May 2017 00:55

Abşeronda yanğın hadisəsi

29 May 2017 00:44

İran sərhədində atışma - Ölənlər var

29 May 2017 00:33

"Maşın" şou başladı

29 May 2017 00:23

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 00:15

Totti “Roma” ilə vidalaşdı

29 May 2017 00:14

Fələstinli gözəl Roma gecəsinə qatıldı - FOTO

29 May 2017 00:05

Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq

29 May 2017 00:05

Astroloji proqnoz - 29 may

29 May 2017 00:03

Kann Kinofestivalının qalibi bəlli oldu

28 May 2017 23:59

"Maşın" şou başladı - iştirakçıların siyahısı

28 May 2017 23:57

Aqil M.Quliyevin qızının 25 yaşı tamam olur

28 May 2017 23:57

Bu mübarək aya necə xitab edək?

28 May 2017 23:57

İtkin düşən tələbənin cəsədi Xəzərdən tapıldı - FOTO

28 May 2017 23:52

Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?

28 May 2017 23:52

“Müharibə Qarabağın astanasındadır” – Qriqori Trofimçuk

28 May 2017 23:52

Qızıl palma budağı mükafatının sahibi məlum oldu

28 May 2017 23:51

56 günlük körpəsini zəhərləyib öldürən ana - FOTO

28 May 2017 23:47

Oruclu adamların yayda ən çox ehtiyac duyduğu meyvələr

28 May 2017 23:47

Rüku halında nə qədər əyilmək lazımdır?

28 May 2017 23:47

Qızıl palma budağı mükafatının sahibi məlum olub

28 May 2017 23:43

Şəki sakinini it dişləyib

28 May 2017 23:42

Qaxa dolu yağıb - FOTO

28 May 2017 23:42

Yüksək təzyiq zamanı xalq təbabəti

28 May 2017 23:42

Şimali İrlandiya millisinin daha bir hücumçusu Azərbaycan yığmasına qarşı oynamayacaq

28 May 2017 23:42

Qazaxda iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

28 May 2017 23:33