“Şəhərdə yarıçılpaq gəzir" - Samira

“Şəhərdə yarıçılpaq gəzir" -  Samira
13:41 23 Noyabr 2016
245 Şou
Ölkə mətbuatı
A- A+

“ARB Ulduz”da yayımlanan “Şou məkan” verilişinin qonağı olan müğənni Samira Allahverdi həmkarlarını tənqid edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bir çoxlarını dedi-qodu ilə gündəmə gəlməkdə günahlandırıb:

"Guya bu, zamanın tələbidir. Bəziləri heç müğənni olmasaydı da, dedi-qodu yaradardı. İnsanın xarakteri, daxili necədirsə, o hər sahədə özünü büruzə verəcək. Mən də hansısa həmkarımdan, evdəkilərdən gileylənmişəm. Ancaq bunu həyatımın stimuluna çevirməmişəm. Çalışmışam ki, həyatda hər zaman düzgün yaşayım. Kiminsə haqqında danışsam, mənim başım ağrıyar".

S.Allahverdi adi insanların bəzi hərəkətləri ilə müğənniləri keçdiyini deyib:

"Ətrafıma baxıram. Adi insanlardır, boşanıblar. Baxırsan şəhərdə yarıçılpaq gəzirlər. Oğurluq edirlər, yalan danışırlar. Müğənnilər daha çox diqqət mərkəzində olurlar. Ona görə də hansısa hərəkətimizi mənfi qəbul edirlər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR