Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Date: 23 November 2016 13:42

Bakı. 23 noyabr. REPORT.AZ/ İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti: qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqlarının təminatı vəziyyəti araşdırılıb.
Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən müəssisə daxilində çoxsaylı saxlanılan şəxs fərdi qaydada qəbul edilib, təkbətək dinlənilib.
Qəbul edilən şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib. Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunmuş, habelə bəzi müraciətlər yerində təmin edilib.
Qeyd olunanlarla yanaşı, bu müəssisə üzrə Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində əvvəlki başçəkmələr zamanı saxlanılma şəraitinin təkmilləşdirilməsi məqsədilə verdiyi tövsiyələrin icra olunduğu, qidalanma və istilik sistemi ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüldüyü müşahidə olunub.
Yekunda MPQ üzvləri tərəfindən istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq tövsiyələr verilib.


Tags:  Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

RƏYLƏR


Top news