"Bakıda "tələsmə" sözünü öyrənmişdim" - "Neftçi"nin sabiq üzvü

"Bakıda "tələsmə" sözünü öyrənmişdim" -   "Neftçi"nin sabiq üzvü
13:47 23 Noyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Hazırda Rusiyanın ÇSKA komandasında məşqçi kimi çalışan Vyaçeslav Çanov "Neftçi"də qapıçı kimi çıxış etdiyi dövrü xatırlayıb. 65 yaşlı mütəxəssis "cska.in"ə müsahibəsində Azərbaycanda bəzi söz və ifadələri öyrənməli olduğunu bildirib. 


Çanovun fikrincə, bunlar oyun zamanı müdafiəçiləri xəbərdar etmək üçün vacib idi: "Məsələn, "tələsmə" sözü. İfadəni düzgün demək çox gərəklidir".


Qeyd edək ki, əslən Rusiyadan olan Vyaçeslav Çanov 1985-1986-cı illərdə "Neftçi"də çıxış edib. O, 33 oyuna 35 top buraxıb. ("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbakda-quottlsmquot-sozunu-oyrnmidimquot-t54376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR