Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kəşmirdə avtobus atəşə tutulub, 11 nəfər ölüb

Kəşmirdə avtobus atəşə tutulub, 11 nəfər ölüb

Date: 23 November 2016 13:52

Bakı. 23 noyabr. REPORT.AZ/ Kəşmirdə sərnişin avtobusunun Hindistan tərəfdən artilleriya atəşinə tutulması nəticəsində azı 11 nəfər ölüb.
“Report” “Associated press”ə istinadən xəbər verir ki, bu haqda Pakistan hökuməti məlumat yayıb.
Məlumata görə, Pakistan hərbçiləri cavab atəşi açıb.
Hindistan hakimiyyəti bu informasiyanı hələ ki şərh etməyib. 


Tags:  Kəşmirdə avtobus atəşə tutulub 11 nəfər ölüb

RƏYLƏR


Top news