Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ərdoğan: "Avropa Parlamentinin qərarının bizim üçün heç bir əhəmiyyəti yoxdur"

Ərdoğan: "Avropa Parlamentinin qərarının bizim üçün heç bir əhəmiyyəti yoxdur"

"Avropa İttifaqı xristian ittifaqıdır" - Ərdoğan (26 Mart 2017 18:42)
Ərdoğan Avropaya sürprizlər vəd etdi (23 Mart 2017 22:53)
Ərdoğan: "Onlar şərəfsizlik nümayiş etdirir" (13 Mart 2017 23:47)

Tarix: 23 Noyabr 2016 13:57

"Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında mümkün qərarı Ankara üçün heç bir əhəmiyyət kəsb etmir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət əməkdaşlığı üzrə Daimi komitəsinin sessiyasında çıxış edən dövlət başçısı bildirib:

"Sabah Avropa Parlamentində Türkiyə ilə Aİ-yə daxil olmaq üzrə danışıqların dondurulması üçün səsvermə olacaq. Mən əvvəlcədən bəyan edirəm: bizim üçün bu səsvermənin heç bir dəyəri yoxdur. Ölkəmizin müstəqilliyi və gələcəyi uğrunda mübarizə orada əllərin qalxıb-düşməsinə (səsvermə - red.) görə dayandırıla bilməz".

Milli.Az


Teqlər:  Ərdoğan Avropa Parlamentinin qərarının bizim heç əhəmiyyəti yoxdur



RƏYLƏR


Top xəbərlər