İlham Rəhimov və ortağı kriminalın əliylə azərbaycanlılara qan uddurur - FOTO

İlham Rəhimov və ortağı kriminalın əliylə azərbaycanlılara qan uddurur - FOTO
14:05 23 Noyabr 2016
157 Ölkə
Ölkə mətbuatı
A- A+

2012-ci ildə Moskvanın Biryulyovo rayonunda iğtişaşlardan sonra Rusiyanın ən iri topdansatış meyvə-tərəvəz bazası "Pokrovka" bağlananda bu ölkənin iri bazarlarına nəzarət edən mafioz qruplaşmalar arasında əsl müharibə başladı. Məqsəd "Pokrovka"nı tərk edən icarəçilərin-topdansatıcıların rəqib mafiya qruplaşmalarının nəzarətlərində olan bazarlara cəmləmək, beləliklə də gəlirlərin yenidən bölüşdürülməsində mümkün qədər çox pay qoparmaq idi.

Virtualaz.org vaxtilə "Pokrovka" bazarı ətrafında gedən intriqalar barədə dəfələrlə Rusiya mənbələrinə istinadən geniş araşdırmalar dərc edib. Həmin bazarın faktiki sahibləri Hacıyev qardaşları idi. Təbii ki, bazarın ləğvindən sonra onlar asanlıqla təslim olmadılar. Onlar Domodedovo bazasında vaxtilə sahibi olduqları anbarların bir qismini geri qaytardılar. "Pokrovka"nın icarəçilərinin çoxu isə azərbaycanlı oliqarx-milyarder, Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimova və  onun daşınmaz əmlak kralları olan ortaqlarına (Qod Nisanov və Zarah İliyev) məxsus  "Sadovod" bazarına köçdülər.

Nə maraqlı təsadüfdür ki, "Pokrovka"nın bağlanmasının ardınca Moskva meriyası paytaxtda müasir aqroklasterlərin yaradılması və beləliklə də kortəbii bazarların ləğvi layihəsini irəli sürdü. Təbii ki, bu işi dərhal "iş bilənlərə" tapşırdılar. Nisanov, İliyev və Rəhimov üçlüyü 2014-cü ildə Moskvada nəhəng "Food City" topdansatış ərzaq bazasını işə saldı.

Lakin müasir bazar tikmək işin hələ yarısıdır. Bu bazarı işlətmək üçün icarəçilər də tapmaq lazımdır. Xüsusən də "Food City" paytaxtın mərkəzindən aralıda, Kalujsk şossesində yerləşir, icarəçilər üçün bu, cəlbedici bazar sayılmazdı. Bazara icarəçiləri cəlb etmək üçün isə Putinin tələbəlik dostu olmaq kifayət etmirdi. Axı kimi zorla "Food City"yə sürüyüb aparmaq və bazardakı anbarları ona icarəyə vermək olar?

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu vəziyyətdə İlham Rəhimov o vaxtlar Moskva bazarlarının bir qisminə "krışalıq" edən məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskiyə müraciət etməyi qərara aldı. Bundan ötrü biznesmen hətta Lənkəranskinin mənzil qərargahında onunla görüşmək üçün İstanbula yollandı. Və Lənkəranski "Food City"ni himayəyə götürməyə razılaşdı.

Və ardınca əsasən azərbaycanlıların işlətdiyi Domodedovo bazarının qara günləri başladı. Bazarın icarəçilərinə təzyiqlər göstərilirdi ki, onlar "Food City"yə köçsünlər. Bu proses kriminal çəkişmələrlə müşayiət olunurdu. Günlərin birində isə "Domodedovo" tərəvəz bazasının darvazalarının qarşısında polis maşınları göründü, polislərin ardınca Rövşən Lənkəranskinin "qoşunu" icarəçilərin başının üstünü kəsdirdi. Mənbələr deyir ki, bu "qoşuna" Lənkəranskinin yaxın qohumu olan Zaur başçılıq edirdi. Polislər bazar sakinlərinin sənədlərini yoxlayırdısa, Lənkəranskinin adamları "Food City"yə köçməkdən imtina edənləri döyürdülər. Nəhayət azərbaycanlı icarəçiləri "Food City"yə toplamaq mümkün oldu.

Bundan sonra "Food City"də yer icarəyə götürmək üçün Zaurun xüsusi icazəsi lazım idi. Moskvanın topdansatış ticarətindəki mənbələr deyir ki, "Food City"də biznes hüquqi müstəvidən çoxdan çıxıb və sərt diktat üzərində qurulub. Bazanın ərazisinə kriminal elementlər nəzarət edir, yüklərin gətirilməsi, boşaldılması, anbarlara yerləşdirilməsi və paylanması-hamısı onların nəzarətindədir. Bazarda kriminal aləmin qanunları hökm sürür və bir müddət əvvəl "REN TV"-nin reportajında deyildiyi kimi "Food City" Moskvanın ikinci "Çerkizon"una çevrilir.

Orada daxili qaydalar sərtdir. Bazar rəhbərliyinin şərtləri ilə razılaşmayanlar sərt cəzalandırılır. Məsələn, bu yaxınlarda şəmkirli xurma ticarətçiləri icarə haqqını gecikdirdiyi üçün Zaurun adamları onları "sayğaca" oturdub. Bazarda topdan xurma göndərən şəmkirlidən dərhal 1 milyon rubl ödəmək tələb olunub, icarəçi bundan imtina edəndə onu zirzəmiyə aparıb qəddarcasına döyüblər. Onu adamları pulu düzəldib verməyincə "Food City"nin zirzəmisində saxlayıblar.

Topdansatış bazasında işgəncə otaqları kimi istifadə olunan gizli zirzəmi otaqları var. Bu otaqlara daha çox azərbaycanlı ticarətçiləri salırlar. İcarə haqqının yüksək olmasından narazılıq edənlər və ya pulu gecikdirənlər amansızcasına cəzalandırılır. İşgəncəyə məruz qalan insanlar sonradan aylarla xəstəxanalarda müalicə almalı olur. Belə vəziyyətə düşənləri ancaq Qod Nisanov xilas edə bilərdi. O isə bunu nadir hallarda edir. Deyilənlərə görə, Nisanovun azərbaycanlıların işgüzar və insani keyfiyyətləri haqda mövqeyi heç də yüksək deyil. Dəfələrlə o, özəl söhbətlərdə azərbaycanlılar haqda aşağı fikirdə olduğunu ifadə edib. Bəs Nisanov azərbaycanlıları kriminalın əliylə niyə öz bazarına doldururdu?

Məlumatlara görə, sentyabrın sonlarında Rövşən Lənkəranskinin güllələnməsindən sonra "Food City"nin azərbaycanlı icarəçiləri bunt qaldırıblar və Zaurun adamlarına deyiblər ki, ona haqq verməyəcəklər. Lakin Zaur güclü mühafizəçilər ordusu yaradaraq yenidən ticarətçilərə qarşı güc tətbiqinə başlayıb. Sadəlövh azəbaycanlılar bazarın faktiki himayəçisindən-İlham Rəhimovdan kömək istəyiblər. Lakin o, azərbaycanlıların müraciətinə məhəl qoymayıb.

Mənbələrimiz deyir ki, İlham Rəhimovun ofisinin yerləşdiyi "Venesiya" restoranında mühafizəçilərin böyük ordusu dayanır, onlar əsasən ruslardan və lənkəranlılardan ibarətdir. Mühafizəçilər heç kimi "şefin" həndəvərinə buraxmırlar. Ümumiyyətlə Rəhimovun biznes-imperiyası ilə bağlı işlərə onun böyük qızı Seva baxır. Hərçənd o da sadə azərbaycanlıların şikayətlərini dinləmir, ancaq Qod Nisanovla ünsiyyətdə olur. Bununla belə hərdən limuzinlə "Food City"yə baş çəkir və azərbaycanlı kommersantları əmin edir ki, onların problemlərini sanballı məbləğə həll edə bilər.

Məlumatlara görə, "Food City"nin ərazisində az qala hər gün cinayət baş verir, ancaq hüquq-mühafizə orqanları bu hadisələri heç qeydə də almırlar. Bazarda narkoticarətin də vüsət aldığı haqda danışırlar. Lakin Qod Nisanov və ortağı İlham Rəhimov üçün bütün bunlar xırda məsələlərdir, onları ancaq növbəti milyardı qazanmaq maraqlandırır.

Mənbələrimiz deyir ki, Nisanov və Rəhimov "Food City"nin ərazisini genişləndirir, onların tezliklə "Lyublino" əşya bazarını da ələ keçirməyə hazırlaşdıqları deyilir. Zaurun bandası artıq bu bazarda görünür və onlar azərbaycanlılarla "səmimi" söhbət aparırlar. Onlara deyirlər ki, "Food City"də təzə obyektlər açılır və ora köçməyə hazırlaşmaq lazımdır. Müqavimət göstərənlərin isə aqibətinin pis olacağını deyirlər.

Azərbaycandan olan ticarətçilərdən biri deyir ki, yaşadığı dəhşəti heç yuxuda da görməmişdi: "Zaurun adamları özbaşınalıq edir, şikayət etməyə heç kim yoxdur. Əvvəllər heç olmasa Hikmət, Mamed kimi avtoritetlər var idi. İndi onlar da sağ deyil. Zaura deyəndə ki, azərbaycanlılarla niyə belə qəddar rəftar edir, kinayə ilə cavab verir ki, o, talışdır, azərbaycanlı deyil. Yəni Nisanov qəsdən bazarda etnik qarşıdurma yaradır".

Bu arada məlumatlar var ki, Nisanov "Domodedovo" bazarının icarəçilərinə noyabrın sonuna qədər "Food City"yə köçmək barədə ultimatum göndərib. Əks halda onları Zaurun adamları gözləyir...

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tanınmış iş adamı xəstəxanaya aparıldı

20 Avqust 2017 19:39

İraq Təlafər üzərinə hücuma keçib

20 Avqust 2017 19:38

Bəşəriyyət üçün QORXUNC SSENARİ: Dünya təhlükə ALTINDA

20 Avqust 2017 19:28

Vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 19:23

Azərbaycan əsilli şəxs Rusiyada məşhur idmançını öldürməkdə şübhəli sayılır - FOTO - VİDEO

20 Avqust 2017 19:18

1 nəfər dənizdə batdı

20 Avqust 2017 19:14

Dünyanın ən iyrənc yeməyi - VİDEO

20 Avqust 2017 19:08

Fransada keçirilən festivalda Firəngiz Əlizadənin əsərləri nümayış etdirilib

20 Avqust 2017 19:07

Sena çayından kişi meyiti tapıldı

20 Avqust 2017 18:59

Əsgərlər ölmədən öncə niyə bu qadını görürdülər? - FOTO

20 Avqust 2017 18:53

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib

20 Avqust 2017 18:52

Ağır atletika yığmamızın sabiq üzvü vəfat edib

20 Avqust 2017 18:48

Ermənistan prezidenti Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş cinayətkarı əfv edəcək

20 Avqust 2017 18:47

ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var

20 Avqust 2017 18:43

Cüdoçumuz Universiadada Azərbaycana ilk qızıl medalı qazandırdı

20 Avqust 2017 18:35

"Terrorçuların arasında olanla bizim üçün terrorçudur" - Ərdoğan

20 Avqust 2017 18:33

CAR-da avtobus körpüdən aşdı

20 Avqust 2017 18:30

Dünya çempionu küçə davasında öldürüldü - VİDEO

20 Avqust 2017 18:29

Totti bacarığı ilə hamını heyrətləndirdi

20 Avqust 2017 18:17

İsveç dünyanın ən yaşlı immiqrantını ölkədən çıxarır

20 Avqust 2017 18:13

Portuqaliyada vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 18:12

Rusiyalı dünya çempionunu bu azərbaycanlı öldürüb

20 Avqust 2017 18:09

İraqın ərazi sularında iki gəmi toqquşub, ölənlər var

20 Avqust 2017 17:58

Rus terrorçu anasını hədələdi

20 Avqust 2017 17:58

Bu ölkədə daşlar bala verir - FOTOLAR

20 Avqust 2017 17:48

Zoğalın heç yerdə eşitmədiyiniz faydaları

20 Avqust 2017 17:43

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

20 Avqust 2017 17:38

Ona bir də indi baxın - ailəsi tərəfindən zibilliyə atılmışdı - FOTO

20 Avqust 2017 17:38

Rusiyanın pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib

20 Avqust 2017 17:37

Dünya çempionunu küçədə belə öldürdülər

20 Avqust 2017 17:28

Aleksandr Səmədov üzr istədi

20 Avqust 2017 17:27

“Azərxalça” ASC-nin Şəmkir filialının açılışı olub

20 Avqust 2017 17:24

İran parlamenti Ruhaninin namizədini dəstəkləmədi

20 Avqust 2017 17:19

Son aylar ərzində ən çox satılan telefon məlum olub

20 Avqust 2017 17:14

Xəzərdə ölümlə üzləşən 3 nəfər xilas edildi

20 Avqust 2017 17:09

Azərbaycanda toy vaya döndü - Toy karvanındakı maşın 4 qonağı vurdu - FOTO

20 Avqust 2017 17:03

Cüdoçularımız universiada ilk qızıl medalı qazandı

20 Avqust 2017 16:59

Rusiyada zəlzələ baş verib

20 Avqust 2017 16:58

"Barselona"dan gözlənilməz transfer

20 Avqust 2017 16:57

"Apple"dəki hissələrini 800 dollara satan insanın bəxtsizlik HEKAYƏSİ

20 Avqust 2017 16:53

Livan əsgərləri Suriya ilə sərhəddə minaya düşüb: ölənlər var

20 Avqust 2017 16:47

Bülənt Ərsoyun 40 minlik istirahəti

20 Avqust 2017 16:46

Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub

20 Avqust 2017 16:43

Beynəlxalq sərgi zamanı terror

20 Avqust 2017 16:37

Bu şəhərdə hasar çəkmək, itləri zəncirdə saxlamaq qadağandır - FOTO/VİDEO

20 Avqust 2017 16:33

Rusiyada zəlzələ olub

20 Avqust 2017 16:32

Qadın müəllim həyat yoldaşını bıçaqladı

20 Avqust 2017 16:21

Dünya şokda: Hamilə ikən hamilə qaldı - FOTOLAR

20 Avqust 2017 16:18

Əməkdar artistin evi başına uçdu

20 Avqust 2017 16:11

30 milyon manatlıq 1 cüt sırğa - FOTO

20 Avqust 2017 16:08