Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan səfiri Almaniya kansleri administrasiyasının şöbə müdiri ilə görüşüb

Azərbaycan səfiri Almaniya kansleri administrasiyasının şöbə müdiri ilə görüşüb

Date: 23 November 2016 14:07

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Almaniya kanslerinin administrasiyasının Mərkəzi və Şərqi Avropa şöbəsinin müdiri Knut Abraham ilə görüşüb.
Bu barədə "Report" Azərbaycanın Berlindəki səfirliyinə istinadən məlumat verir.
Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə olunub.
Qeyd edək ki, R.Həsənov daha əvvəl "Deutsche Bank"ın Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Piter Tils, diplomatik korpusun direktoru Bernhard Deppiş, eləcə də Almaniya Bundestaqının deputatı, Xarici İşlər Komitəsinin üzvü Karl-Georq Velman ilə görüşüb.


Tags:  Azərbaycan səfiri Almaniya kansleri administrasiyasının şöbə müdiri görüşüb

RƏYLƏR


Top news