Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək
14:07 23 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 25-də Yevlax rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Yevlax şəhəri, Nizami küçəsi, 61) keçiriləcək.
Qeyd edək ki, vətəndaşlar qəbula Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77, əlaqə telefonu: (02020) 5-16-53, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin Yevlax şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/edliyye-naziri-yevlaxda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR