Prezident Avropa Voleybol Konfederasiyasının rəhbərini qəbul edib

Prezident Avropa Voleybol Konfederasiyasının rəhbərini qəbul edib
14:19 23 Noyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Bakıya birinci Avropa Oyunları zamanı səfərini xatırlayan qonaq oyunların hətta Olimpiya Oyunlarından da yüksək səviyyədə keçirildiyini, ölkəmizə gələn xarici qonaqların buradan çox gözəl xatirələrlə ayrıldığını qeyd edərək, bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın gələcək inkişafı üçün gözəl bir investisiya olduğunu vurğulayıb. 2017-ci ildə Bakıda qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin keçirilməsi barədə qərarın önəmini diqqətə çatdıran Aleksandar Boriçiç tədbirin ölkəmizdə uğurla təşkil ediləcəyinə ümidvar olduğunu dedi və bu işlərə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini deyən prezident İlham Əliyev bütün idman tədbirlərinin yüksək səviyyədə təşkili üçün ölkəmizin böyük səylər göstərdiyini vurğulayıb. Bakıda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyətindən danışan dövlət başçısı qeyd edib ki, ölkəmiz bu Oyunların Yay Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkilini qarşısına məqsəd qoyub və buna nail olub. Azərbaycan komandasının 2016-cı il Rio Olimpiya Oyunlarında medalların sayına görə dünya ölkələri arasında 15-ci yeri tutduğunu deyən dövlət başçısı bunun böyük uğur olduğunu qeyd edib. Ölkəmizdə idmanın təbliğinə, həmçinin müxtəlif beynəlxalq tədbirlərin təşkilinə böyük diqqət yetirildiyini vurğulayan prezident İlham Əliyev qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin də Azərbaycanda uğurla keçiriləcəyinə, tədbirin mühüm beynəlxalq idman hadisəsinə çevriləcəyinə əminliyini ifadə edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR