Mirkəlam azərbaycanlı müğənnidən yazdı - FOTO

Mirkəlam azərbaycanlı müğənnidən yazdı - FOTO
14:27 23 Noyabr 2016
160 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur Mirkelam müğənni-bəstəkar Murad Arifin oxuduğu "Tavla" mahnısına münasibət bildirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Mirkelam mahnını Tvitter və İnstaqram profilində paylaşaraq onun ünvanına təriflər yağdırıb və təşəkkür edib. 

M.Arif Mirkelamın paylaşımı haqda bunları deyib:

"Mirkelam 1995-ci ildən bəri sevdiyim, izlədiyim, təqib etdiyim, hətta bənzəmək istədiyim sənətçidir. "Tavla"nı mənim ifamda sevdiyini bilirdim. İndi isə bütün Türkiyə və Azərbaycan bunu bildi. Çox sevinirəm, çünki Mirkelam mənim üçün bir keyfiyyət nişanıdır. Mahnılarımdan istədiyinə müraciət edə bilər. Özünə də demişəm... Mahnı yazarkən onlardan ilhamlanmışıq. Nə xoş ki, belə adamlar bizdən danışırlar".

M.Arif Mirkelamın daha bir mahnısını hazırlayacağını söyləyib:

"Onun rəsmi icazəsi ilə daha bir mahnısını oxuyacan. Bəlkə də bu əməkdaşlığın davamında "Mirkelam+Murad Arif" konserti də oldu".

Qeyd edək ki, M.Arif açıqlamasında "Tavla"nı oxumaq üçün müəllifdən icazə aldığını bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/492187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR