Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Siemens” Ulverstondakı işçilərini ixtisar edir

“Siemens” Ulverstondakı işçilərini ixtisar edir

Date: 23 November 2016 14:42

Bakı. 23 noyabr. REPORT.AZ/ “Siemens Subsea” şirkəti İngiltərənin şimal-qərbində yerləşən Ulverston şəhərindəki fabrikdə 52 iş yerini azaltmağı planlaşdırır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu qərarı neftin qiymətinin düşməsi səbəbindən sənayenin böhran vəziyyətində olması ilə əlaqələndirir.
Qeyd edək ki, 333 nəfərin çalışdığı bu fabrikdə neft və qaz sənayesi üçün avadanlıqlar istehsal olunur.
“Siemens” şirkətinin bəyanatında qeyd olunub ki, neftin qiymətinin düşməsi və sifarişlərin gözləniləndən az olması səbəbindən bazar şərtlərindəki çətinliklərin davam etməsinə görə “Siemens Subsea” şirkətinin yenidən strukturlaşması təklif olunur. Bu hazırkı bazar şərtlərinə uyğunlaşdırılmış daha kiçik və effekli təşkilat olacaq.
Qeyd edək ki, “Siemens” Ulverstonda 2012-ci ildən fəaliyyət göstərir.


Tags:  Siemens Ulverstondakı işçilərini ixtisar edir

RƏYLƏR


Top news