Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dənizkənarı Dairəvi Yolun tikintisi nə yerdədir?

Dənizkənarı Dairəvi Yolun tikintisi nə yerdədir?

Date: 23 November 2016 14:54

 

Hazırda Abşeron yarımadasının dənizsahili hissəsində dairəvi yolun tikintisi davam etdirilir. Lent.az-ın məlumatına görə, Sumqayıt-Corat-Novxanı yolunun davamı olaraq inşa edilən yolun Bilgəhdən Pirşağıyadək olan hissəsi artıq hazırdır və sürücülərin ixtiyarına verilib. Bu yol Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat gediş-gəlişi təmin edəcək.

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Lent.az-a bildirib ki, iki yolun birləşdirilməsi ilə Dənizkənarı Dairəvi yolun tikintisi tamamlanmış olacaq və bu da öz növbəsində şəhərin mərkəzində avtomobil sıxlığının azalmasına təsir edəcək: “Dənizkənarı Dairəvi Yolun Pirşağıdan keçən hissəsi hazırda tikinti altındadır. Lakin burada işlər müvəqqəti dayanıb”.

 

Anar Nəcəfli onu da bildirib ki, Kənar Dairəvi yol bir neçə ildir, istismara verilib. Bundan başqa Hövsan-Türkan-Qala yolu və Mərdəkan dairəsindən Buzovnadan keçməklə Bilgəhə gedən yol da tamamilə yenidən qurularaq istismara verilib.

 


Tags:  Dənizkənarı Dairəvi Yolun tikintisi yerdədir


RƏYLƏR


Top news