Binəqədidə 240 alman avtomobili yağışın altında niyə çürüyüb?

Binəqədidə 240 alman avtomobili yağışın altında niyə çürüyüb?
15:05 23 Noyabr 2016
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Alman turistlərin azərbaycanlı məcburi köçkünlərə hədiyyə etdiyi avtomobillər bu qış da yağışın, qarın altında sahibini gözləyəcək.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, artıq 4 ildir bu maşınlar Binəqədi rayonu ərazisində dayanacaqda saxlanılır. Maşınlar çürüsə də, ehtiyat hissələrindən istifadəyə belə icazə verilmir.

Qeyd edək ki, "Eurovision-2012" mahnı yarışını izləməyə gələn bir qrup Almaniya vətəndaşı gəldikləri şəxsi avtomobillərini Bakıda qoyaraq ölkələrinə təyyarə ilə dönüblər.

Mühafizəçi dayanacaqda 240 avtomobilin olduğunu bildirsə də, kənardan maşınların sayı çox az görünürdü. "Bu dayanacaqdakı maşınlara Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, bir də Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov nəzarət edirlər. Dayanacağa giriş qadağandır, yalnız onlar icazə verdikləri halda maşınlar ərazidən çıxarıla bilər", - nəzarətçi deyib.

Təxminən 1980-ci ildə istehsal olunmuş avtomobillər qaçqınlara verilmir, çünki maşınlar gömrükdə qeydiyyatdan keçirilməyib. Maşınların birinin qeydiyyatı üçün tələb olunan rüsum maşının qiymətindən bahadır. Buna görə də illərdir avtomobillərlə bağlı qeyri-müəyyənlik davam edir.

Avtodayanacağın nəzarətçisi maşınlara "Qaçqınkom"un nəzarət etdiyini təsdiqləsə də, komitədən maşınların gələcək taleyi ilə bağlı açıqlama vermək istəmirlər. "Bu maşınlar haqda mətbuatda oxumuşuq, amma yəqin ki, qaçqınlara verilməyəcək", - komitədən yalnız bunu söyləməklə kifayətləniblər.

Bəs maşınların açarları kimdədir?

Komitə bu suala dəqiq cavab vermir.

Qeyd edək ki, bir müddət əvvəl avtomobillərin dayanacaqdan çıxarılaraq Bayram Səfərovun Novxanıdakı boş torpaq sahəsinə aparıldığı haqda məlumatlar yayılmışdı. Elə açarların da onda olduğu söylənilirdi. Amma icra başçısı maşınların onlarda olmadığını deməklə kifayətlənmişdi.

Xatırladaq ki, "Eurovision - 2012" yarışması ərəfəsində Bakıya gələn və maşınlarını qaçqınlara bağışlayan almanlar xeyriyyə aksiyasının iştirakçısıdırlar. Belə ki, "Allgeau-Orient" adlı avtoralliyə 20 ölkədən 111 komanda (355 avtomobil və 666 iştirakçı) qoşulub ki, onlar Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Azərbaycan paytaxtı Bakıya doğru (9000 km məsafə) dünyanın ən böyük avtomobil yürüşünü ediblər.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, bu avtomobilləri o halda sənədləşdirmək çətinlik törədə bilər ki, bu avtomobillərin ya xaricdən gətirilərkən ilkin sənədləri olmasın, ya idxal zamanı "Avro 4" standartına cavab verməsin, ya da gömrük ödənişi həyata keçirilməsin.

Avtomobillərin heç olmasa ehtiyat hissələrindən istifadə edilməsinə gəldikdə isə, ekspert bunun yalnız maşın sahibinin razılığı əsasında ola biləcəyini deyir. "Qanun "Avro 4" standartına cavab verməyən avtomobillərin ölkəyə gətirilməsini qadağan edir. Bu baxımdan qanuna hörmət olunmalıdır. Hər kəs bunu anlayışla qarşılamalıdır və burada istisna ola bilməz. Ümumiyyətlə, bu avtomobillər köhnədirsə, yararsız avtomobil kimə lazımdır? Məsələnin digər tərəfi isə onunla bağlıdır ki, əgər bu avtomobillər istifadəyə yararsız idisə, aidiyyəti dövlət rəsmiləri onları qəbul etməməli, geri qaytarmalı idilər. Gömrük Bəyannaməsinə görə, Azərbaycana daxil olan istifadəyə yararsız bütün avtomobillər geri qaytarılmalıdır", - deyə ekspert bildirib.

Bir müddət əvvəl avtomobillərin kəndlərdə əkin-biçinlə məşğul olan köçkünlərə verilməsi təklif olunurdu. Lakin təkliflər havada qaldı. Görünür, maşınlar tam çürüyənə qədər yağışın, qarın altında saxlanılacaq və son yeri zibillik olacaq.

Milli.Az







RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıda sex yanıb

30 Aprel 2017 07:36

Dünyanın ən uzun göydələni tikiləcək - FOTO

30 Aprel 2017 07:32

Bu ölkədə fövqəladə vəziyyət müddəti uzadıldı

30 Aprel 2017 07:28

Gədəbəy sakini bir qrup şəxs tərəfindən döyülüb

30 Aprel 2017 07:17

Çində ağır yol qəzası: 12 ölü, 10 yaralı

30 Aprel 2017 07:15

Şou-biznesin plastik əməliyyat etdirən məşhurları

30 Aprel 2017 06:57

Tramp iqlim razılaşmasını tənqid etdi

30 Aprel 2017 06:54

Tayvanda 6 bal gücündə zəlzələ olub

30 Aprel 2017 06:52

Zərdabda qoyun oğruları saxlanıldı

30 Aprel 2017 06:33

Ağ interyerli mənzil - FOTO

30 Aprel 2017 06:32

Tramp: ABŞ NATO ölkələrini müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək

30 Aprel 2017 06:22

10 000 məmur saxta diploma görə işdən qovuldu

30 Aprel 2017 06:09

400 minlik toyu ilə gündəmə gələn məmur qızının elə FOTOLARI YAYILDI Kİ...

30 Aprel 2017 05:33

Sidneydə taunhaus - FOTO

30 Aprel 2017 05:32

Tramp hakimiyyətdə olduğu ilk 100 günü məhsuldar adlandırıb

30 Aprel 2017 05:22

Hipnoz haqqında qeyri-adi faktlar

30 Aprel 2017 05:13

Stoltenberq: “NATO Türkiyəsiz zəif olacaq"

30 Aprel 2017 05:09

Roma Papası ABŞ prezidenti ilə görüşə hazır olduğunu bildirib

30 Aprel 2017 05:07

Cordan kamera qarşısında - FOTO

30 Aprel 2017 04:32

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb

30 Aprel 2017 04:27

Malidə fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

30 Aprel 2017 04:22

Kliçko nokauta düşdü

30 Aprel 2017 04:13

Tibbi yardım təyyarəsi yerə çırpıldı, ölənlər var

30 Aprel 2017 04:09

Türkiyədə "Wikipedia"ya giriş bağlandı

30 Aprel 2017 04:08

Dünyanın ən bahalı limuzinləri

30 Aprel 2017 03:40

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08