Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Statoil”un yatağında qazma qurğusunda yanğın baş verib

“Statoil”un yatağında qazma qurğusunda yanğın baş verib

Date: 23 November 2016 15:07

Bakı. 23 noyabr. REPORT.AZ/ “Statoil” şirkətinin operatoru olduğu Norveç dənizində yerləşən “Njord” neft yatağında işləyən “Saipem” şirkətinə məxsus “Scarabeo 5” qazma qurğusunda yanğın baş verib. 
“Report” xəbər verir ki, “Statoil” şirkətinin məlumatına görə, mühərrik otaqlarından birində baş verən yanğın saat 20:30-da söndürülüb.
Qazma qurğusunun iki mühərrik otağı və ümumilikdə 8 mühərriki var. Hadisə baş verən zaman ərazidə 106 nəfər olub, bir nəfər təbii müayinə üçün sahilə göndərilib.
“Statoil”un məlumatına görə, 33 nəfər helikopterlə çıxarılıb, onlardan 14 nəfər yaxınlıqdakı qurğuya, 19 nəfər Kristiansunn sahilinə yerləşdirilib, 73 nəfər isə ərazidə qalıb. Hadisə baş verən zaman “Njord” yatağında heç bir qazma əməliyyatı aparılmayıb.
Hadisə ilə bağlı 3 helikopter cəlb edilib.
Qeyd edək ki, “Scarabeo 5” 1990-cı ildə inşa olunmuş yarımdalma qazma qurğusudur. “Njord” yatağından hasilat 1997-ci ildə başlayıb.


Tags:  Statoilun yatağında qazma qurğusunda yanğın baş verib

RƏYLƏR


Top news