Azərbaycanda nəsli kəsilməkdə olan canlılar süni şəkildə çoxaldılacaq

Azərbaycanda nəsli kəsilməkdə olan canlılar süni şəkildə çoxaldılacaq
15:12 23 Noyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

"AMEA Zoologiya İnstitutu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycandakı nadir və nəsli kəsilməkdə olan canlıların süni şəkildə çoxaldılaraq təbiətə buraxılması və onların burada yayılması istiqamətində əməkdaşlıq etməyi nəzərdə tutub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Zoologiya İnstitutunun direktoru Elman Yusifov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, adı "Qırmızı kitab"a düşən, lakin izi olmayan və heç yerdə tapılmayan heyvanların aşkar edilməsi üçün kosmik tədqiqatlara başlamaq nəzərdə tutulur.

E.Yusifov bildirib ki, artıq kosmik tədqiqatlar vasitəsilə həmin canlıların yaşayaış yerlərini müəyyənləşdirmək mümkün olar: "Bəzi heyvanlar artıq 50 ilə yaxındır ki, tapılmır. Məsələn, biz manul pişiyi, kaftarı uzun müddətdir ki, tapa bilmirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR