Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sarkisyan Ermənistanı Rusiyanın quberniyasına çevirir

Sarkisyan Ermənistanı Rusiyanın quberniyasına çevirir

Date: 23 November 2016 15:12

Ermənistanda turizmin stimullaşdırılması üçün rusların daxili pasportlar hesabına bu ölkəyə gəlməsinə icazə verən qanun layihəsinin qəbul olunacağı gözlənilir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə İrəvanın "Aravat" nəşri məlumat yayıb.

"Jamestown" fondunun icmalçısı, politoloq Armen Qriqoryan məsələ ilə bağlı bildirib: "Doğrudan da məqsəd turizmin inkişafı olsaydı, onda həftədə iki dəfə Avropaya ucuz aviareyslərinin yaradılması həyata keçirilərdi. Bu, daha məqsədəuyğundur. Bundan əlavə, turizmin inkişafı məqsədilə digər ölkələr, xüsusilə Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının ölkəyə vizasız girişinə razılıq verilməlidir. Belə qənaətə gəlmək olar ki, Ermənistan hökuməti özünü sığortalamaq üçün ölkənin Rusiyanın quberniyasına çevrilməsi prosesini sürətləndirib". 

Milli.Az


Tags:  Sarkisyan Ermənistanı Rusiyanın quberniyasına çevirir

RƏYLƏR


Top news