Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniyada kikboksinq üzrə dünya çempionu güllələnib

Almaniyada kikboksinq üzrə dünya çempionu güllələnib

Date: 23 November 2016 15:17

Bakı. 23 noyabr. REPORT.AZ/ Tatarıstandan olan idmançı, dəfələrlə kikboksinq üzrə dünya çempionu adı qazanmış Musa Musalayev Almaniyanın Noy-Ulm şəhərində öldürülüb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Almaniya KİV-nin məlumatına görə, 37 yaşlı idmançını ötən həftənin cümə günü maskalı naməlum şəxs güllələyib. O, hadisədən sonra avtomobillə aradan çıxıb.
Hazırda polis şahid ifadələrini araşdırır və bu cinayətlə 7 ay əvvəl baş vermiş qətl hadisəsi arasında əlaqənin olub-olmadığını yoxlayır. O vaxt Baden-Vürtemberq federal torpağında kikboksinq üzrə başqa bir dünya çempionu güllələnib.
Qeyd edək ki, "Şahzadə" ləqəbli Musa Musalayev müxtəlif kateqoriyada keçirilən kikboksinq yarışlarda dünya çempionu oldu. O, 2013-cü ildə karyerasını başa vurduqdan sonra Almaniyaya köçüb.


Tags:  Almaniyada kikboksinq üzrə dünya çempionu güllələnib

RƏYLƏR


Top news