Fransa prezidentinə etimadsızlıq göstərilməsi haqda qətnamə layihəsi rədd edilib

Fransa prezidentinə etimadsızlıq göstərilməsi haqda qətnamə layihəsi rədd edilib
15:22 23 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Fransa parlamentinin Aşağı Palatasının bürosu prezident Fransua Ollanda etimadsızlığı göstərilməsi haqda qətnamə layihəsini rədd edib.
“Report“ “France Press”ə istinadən xəbər verir ki, bu layihə müxalifətdə olan Respublikaçılar Partiyası tərəfindən irəli sürülmüşdü.
Məlumata görə, bu qərar Aşağı Palatanın kollegiyalı qurumu sayılan büronun qapalı toplantısında qəbul olunub.
Xəbərdə bildirilib ki, qətnamə layihəsi noyabrın əvvəlində təqdim edilib. Sənədə 79 respublikaçı deputat imza atmışdı. Layihə müəllifləri prezidentin “gizli sənədlər” haqda məlumat verməkdə ittiham edərək ona impiçment göstərilməsini bildirmişdilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransa-prezidentine-etimadsizliq-gosterilmesi-haqda-qetname-layihesi-redd-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR