Bakı-Şamaxı-Yevlax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb

Bakı-Şamaxı-Yevlax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb
15:27 23 Noyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı. 23 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından yağan qar və havanın temperaturunun aşağı düşməsi səbəbindən Bakı-Şamaxı-Yevlax magistralında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
"Report"un Şirvan bürosunun məlumatına görə, magistralın 38, 40 və 48-ci kilometrliklərində nəqliyyatın hərəkəti məhdudlaşıb. 
Belə ki, yağan qardan sonra, yolların buz bağlaması sürücüləri çətin duruma salıb.
Daha çox çətinlik isə magistralın Abşeron rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları səhər saatlarından başlayaraq sözügedən ərazidə gücləndirilmiş iş rejiminə keçib. Bundan başqa, yolun qardan təmizlənməsi üçün Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsi əraziyə cəlb edilib. Magistral qar və buzdan qismən təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.
Hazırda sözügedən ərazilərdə qar yağmaqda davam edir, havanın tempuraturu -4 dərəcədir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-samaxi-yevlax-magistralinda-neqliyyatin-hereketi-mehdudlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR