Yeni texnologiya smartfonları bir neçə saniyəyə enerji ilə dolduracaq

Yeni texnologiya smartfonları bir neçə saniyəyə enerji ilə dolduracaq
15:35 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Smartfonlar ildən-ilə güclənir və daha keyfiyyətli şəkil çəkir, lakin buna baxmayaraq onların avtonom iş rejimi yaxşılaşdırılmır. Proqram təminatının optimallaşdırılması vasitəsilə istehsalçılar iş vaxtını cüzi artıra bilirlər, lakin orta hesabla smartfonları hər gün enerji ilə doldurmaq lazım gəlir. Problemin həllindən biri kimi qurğunun daha çox işləməsi üçün bir neçə dəqiqəyə sürətli enerji doldurma hesab edilir.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Mərkəzi Florida Universitetində daha çox enerji saxlayan və 30 min dəfə doldurulduqdan sonra öz tutumunu itirməyən elastik superkondensatların yaradılması üçün yeni proses hazırlanıb.   
 
Texnologiya yaradıcılarından biri Nitin Çudxarinin sözlərinə görə, batareyalar bu superkondensatorla əvəz edilsə, mobil telefonu bir neçə saniyəyə enerji ilə doldurmaq mümkün olacaq və bunu həftə ərzində təkrarlamağa ehtiyac qalmayacaq.
 
Tədqiqatçılar superkondensatoru yaradarkən bu yaxınlarda kəşf edilən bir neçə atom qalınlığında ikiölçülü materialdan istifadə ediblər. Bu, ilk belə hal olmasa da, indiyədək göstərilən səylər uğursuz alınıb.
 
Layihə rəhbəri Erik Yunq bildirib ki, biz mövcud materialları ikiölçülü materiallarla inteqrasiya etməyə imkan verən sadə kimyəvi sintez hazırlamışıq.
 
Qeyd olunur ki, Mərkəzi Florida Universitetinin tədqiqatçılar qrupu ikiölçülü materiallar plyonkası ilə örtülən milyonlarla nanometr teldən ibarət superkondensatorlar ərsəyə gətirməyə nail olublar. Yüksək ötürücülüyə malik nüvə enerjinin tez doldurulması və boşaldılması üçün elektronların sürətli ötürülməsini asanlaşdırır. Bu zaman ikiölçülü materialların bərabər örtüyü enerjinin say çoxluğunu və sıxlığını təmin edir.
 
“Texnologiya kommersiya istifadəsi üçün hazır olmasa da, indidən demək mümkündür ki, onun tətbiqi əksər sahələrdə böyük dəyişikliklərə səbəb olacaq”, - E.Yunq vurğulayıb.
 
Nizam Nuriyev



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44499-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR