Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın tanınmış aktrisasında xərçəng xəstəliyi tapıldı

Azərbaycanın tanınmış aktrisasında xərçəng xəstəliyi tapıldı

Date: 23 November 2016 15:42

Azərbayanın tanımış aktrisasında xərçəng xəstəliyi aşkarlanıb.

Milli.Az xəbər verir ki, criminal.az saytına daxil olan məlumata görə, tamaşaçıların ''Vicdan haqqı'' serialından yaxşı tanıdığı aktrisa Kəmalə Müzəffər artıq əməliyyat olunub.  

Xeyli müddət əvvəl aktrisanın sifətinin sol tərəfində qeyri-müəyyən batıq meydana gəlibmiş. Bundan narahat olan K.Müzəffər Bakıya gəlmiş türkiyəli həkimlərə müraciət edib. Həkimlər tərəfindən həmin yer çapıq adı ilə iki dəfə əməliyyat olunub. Lakin sifətindəki problem yenidən yaranıb.

Bir neçə gün əvvəl aktrisa yenidən həkimə müraciət edib. O, "Medical Plaza" klinikasında plastik cərrah Araz Salmonov tərəfindən əməliyyat olunub. Onun sifətindəki batıq heç də çapıq deyilmiş. Aktrisanın sifətində bazalyoma aşkarlanıb. 

Əməliyyat yolu ilə həmin törəmə götürülüb və aktrisanı xeyli müddətdir narahat edən problemdən qurtulub. 

Milli.Az


Tags:  Azərbaycanın tanınmış aktrisasında xərçəng xəstəliyi tapıldı

RƏYLƏR


Top news