“Mən danışmaq istəmirəm, amma içim yanır” - Yanan bina işi

“Mən danışmaq istəmirəm, amma içim yanır” - Yanan bina işi
15:43 23 Noyabr 2016
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yaşayış binası yanır (10 Aprel 2017 15:14)
Şabranda ev yanır (28 Mart 2017 19:29)
Bakıda çoxmərtəbəli bina YANIR - FOTO (28 Mart 2017 18:52)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi proses təyin olunmuş vaxtda başlasa da, məlum olub ki, təqsirləndirilən Ağacavad Məmmədovun vəkili Məzahir Şahmarov prosesə gəlməyib.

Məhkəmə iclas katibi məlumat verib ki, vəkillə əlaqə saxlanılıb, təxminən 10 dəqiqəyə o, məhkəməyə çatacaq. Vəkilin iştirakı olmadan məhkəmənin davam edə bilməyəcəyini bildirən hakim prosesdə 10 dəqiqə fasilə elan edib.

Fasilədən sonra prosesdə Məzahir Şahmarova xəbərdarlıq edilib.

Daha sonra təqsirləndirilən Ədalət Rəcəbovun vəkili Xanlar Bayramzadə vəsatətlə çıxış edib. Bildirib ki, Azadlıq prospektində olan 200 saylı binanın üzlənməsinə müdafiə etdiyi şəxsin razılıq verdiyi iddia olunur: "Məhkəmədə isə Ədalət Rəcəbovun həmin razlığı vermədiyi sübuta yetirildi. Məlum oldu ki, binanın üzlənməsinə razılığı Binəqədi icra hakimiyyətinin vəzifəli şəxsləri - Telman Tarverdiyev və Qüdrət Verdixanov veriblər. Təhvil-təslim sənədlərində də Telman Tarverdiyevin imzası var. Xahiş edirəm, hər iki şəxsin prosesdə əlavə şahid qismində dindirilməsini təmin edəsiniz".

Digər təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib ki, əlavə şahidlər binaların yüksək səviyyədə və keyfiyyətlə üzləndiyini söyləyiblər. Vəkil qeyd edib ki, işlərin görülməsi barədə aktlar istintaq zamanı ortaya çıxmayıb: "Həmin sənədlərin cinayət işinə əlavə edilməsini və sübutların tədqiqi mərhələsində araşdırılmasını istəyirik".

Hakim deyib ki, aktlar cinayət işinə əlavə edilir və həmin aktlar sənədlərin tədqiqi mərhələsində araşdırılacaq. Əlavə edib ki, Telman Tarverdiyev və Qüdrət Verdixanovun şahid qismində məhkəməyə çağırılması barədə vəsatətin müzakirəsi isı təxirə salınır: "Vəsatət sənədlərin tədqiqi mərhələsindən sonra müzakirə ediləcək".

Sonra cinayət işindəki sənədlərin tədqiqi mərhələsi başlayıb. Əvvəlcə hadisə yerinə baxış barədə sənəd elan olunub. Baş prokurorun müavini Rüstəm Usubov, Bakı şəhər prokuroru Əziz Seyidov, prokurorluğun əməkdaşları və ekspertlər hadisə yerinə baxışda iştirak ediblər. Tərtib olunan aktda binada baş verən yanğının səbəbləri qeyd olunub.

Hakim həmçinin cinayət işindəki binanın təmiri, sahəsi barədə sənədləri, mənzillərin yanması, dəymiş ziyanla bağlı tərtib olunan aktları elan edib. Sənədlərdən məlum olub ki, binanın qəsdən yandırılması ilə bağlı naməlum əşya tapılmayıb.

İlhamə Həsənova bildirib ki, hadisə yerinə baxış keçirilməsi ilə bağlı tərtib olunan protokol sübut kimi qəbul edilə bilməz: "Səbəb odur ki, hadisə yerinə Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun rəhbərliyi ilə baxış keçirilib. Amma sənəddən məlum olur ki, aktı prokurorluğun digər əməkdaşı Mehdi Mirzəyev imzalayıb. Bu da qanunsuzdur.

Çünki hadisə yerinə baxış keçirən şəxs protokolu tərtib etməli və imzalamalıdır. Həmin vaxt Eldar Əhmədov Miryusif Mahmudovun həbsi ilə bağlı sanksiya verib. Bir şəxsin iki yerdə olması mümkün deyil".

İlhamə Həsənova əlavə edib ki, meytlərin çıxarılması, harada olması baxış protokolunda qeyd olunmayıb: "Hadisə zamanı 15 nəfər ölüb, amma istintaq deyir ki, 16 nəfər vəfat edib. Meyitlərin harada taplması protokolda qeyd edilməyib. Bu da ciddi qanun pozuntusudur".

Vəkilin sözlərinə görə, Miryusif Mahmudov şübhəli şəxs qismində hadisə yerinə baxış zamanı saxlanılıb: "Həmin vaxt hal şahidləri şübhəli şəxsə təqdim olunmayıb. Bundan başqa, protokolda kamera çəkilişlərinin olduğu bildirilir. Amma çəkiliş ortalıqda yoxdur. Bəlkə hadisəni törədən şübhəli şəxs çəkilişə düşüb? Həmin çəkilişi məhkəməyə təqdim edin.

Çəkiliş yoxdursa, Eldar Əhmədov məhkəməyə dəvət olunsun, qanun pozuntusu araşdırılsın".

Hakim deyib ki, vəsatətə sonda münasibət bildiriləcək.

Sonra hakim "Təhlükəsizlik şəhər" kamerasından götürülən video-çəkilişlə bağlı sənədi elan edib. Vəkil İlhamə Həsənova çəkilişə baxılmasını təklif edib. Hakim həmin çəkilişə baxılmasına zərurət görməyib.

“Qlobal Stone” MMC-nin binasına baxış keçirilməsi barədə sənəd elan olunanda Miryusif Mahmudov etiraz edib. Bildirib ki, həmin binanın “Qlobal Stone” MMC-yə aidiyyəti yoxdur. Onun sözlərinə görə, bina JEK-ə məxsusdur: "Mən danışmaq istəmirəm, amma içim yanır. Hadisə yerinə baxışdan əvvəl məni şübhəli şəxs qismində saxlayıblar. Bu, mənə qarşı qərəzli hərəkətdir. Mənim öz ifadəmi dəyişiblər. Məqsəd məni tutmaq idi. Mən niyə xalq düşmıniyəm?"

İlhamə Həsənova qeyd edib ki, yaxınlıqdakı qadın klubundan baxan Könül Həsrətova yanğının baş verdiyini görüb. Vəkil həmin şahidin, həmçinin binaya bitişik yarımçıq tikilinin sahibi Şakir Camalovun dindirilməsini istəyib: "Şakir Camalov hadisədən sonra prokurorluğa şikayət edib. Bildirib ki, hadisədən sonra yarımçıq tikilidə olan kabellər sökülüb. Ardıyca da yarımçıq tikilini sökməyə başlayıblar. Bununla cinayətin məhz həmin tikilidə baş verdiyi müəyyən olana bilər. Bu səbəbdən həmin şahidin dindirilməsini istəyirik".

Miryusuf Mahmudov bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Ramazan Səfərov hadisə baş verən günü Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə gətirib: "Həmin vaxt ora sürücümü də çağırdım. Ağlım kəsməzdi ki, məni həbs edələr. Qapıda dayanan məndən və Ramazan Səfərovdan telefonları istədi. Ramazan adlı şəxs sənəd göstərdi, bildirdi ki, MTN əməkdaşıdır. O, telefonunu vermədi və birlikdə içəri keçdik.

Məni müstəntiq Sənan Paşayevin xidməti otağına apardılar. Saat 6-dan orada oturdum, mənə "səndən ifadə alıram" sözünü demədi. Çoxlu sakitləşdirici qəbul etmişdim, rahat idim. Bir sözlə, dindirildiyimi bilməmişəm. Deməyiblər ki, şahid və yaxud şübhəli şəxssən. Bütün bunlar mayın 19-da baş verib. Mayın 21-də təqsirləndirilən şəxs kimi göstərilmişəm.

İfadəmdə dəyişiklik olub, faktiki rəhbərlik sözü əlavə olunub. Mayın 22-də Kürdəxanıya gətirildim. O gündən Sənan Paşayevi görmədim, mənim yanıma gəlmədi. Bir də onu avqust ayında gördüm. Ona dedim ki, ifadəmi al, mənə təzyiq ediblər, hədə-qorxu gəliblər. 10 ay ifadəmi almayıblar, heç kimlə üzləşdirməyiblər. Bu, necə istintaq aparmaq idi?"

Proses günün ikinci yarısında davam edəcək.

Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar. (teleqraf.com)

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Üzünüzdə təbəssüm yaradacaq FOTOLAR

26 May 2017 23:17

2017-ci ilin ən qənaətcil avtomobilləri - FOTO

26 May 2017 23:12

Bakı sakinləri Ramazan ayında toy edirmi?

26 May 2017 23:08

Sizdə ZOB XƏSTƏLİYİ inkişaf edə bilərmi?

26 May 2017 23:05

Gecə növbəsində işləyən kişilərə BƏD XƏBƏR

26 May 2017 23:05

Nazir müavini:

26 May 2017 22:58

"Səhvlərimdən nəticə çıxardım"

26 May 2017 22:57

Argentina millisində yeni baş məşqçi

26 May 2017 22:48

Düyü ilə dolu qaynayan qazan 21 yaşlı qızın üstünə aşıb

26 May 2017 22:47

Salatlara bitki yağı əlavə edin ki...

26 May 2017 22:47

Tramp İslam dünyasını Ramazan ayının gəlişi münasibətilə təbrik edib

26 May 2017 22:46

İraq ordusu dinc sakinləri Mosulun tarixi mərkəzini tərk etməyə çağırıb

26 May 2017 22:43

86 yaşlı kişi intihar edib

26 May 2017 22:42

Daha bir məşhur türk serialı reytinq qurbanı oldu - VİDEO

26 May 2017 22:37

55 kiloqram arıqlayıb fenomen oldu - FOTO

26 May 2017 22:32

İlandan hazırlanan alkoqollu içkilər - FOTO

26 May 2017 22:32

Biləsuvarda iki piyadanı avtomobil vurub

26 May 2017 22:27

Argentina millisinin yeni baş məşqçisinin adı açıqlandı

26 May 2017 22:25

Neftimiz ucuzlaşıb

26 May 2017 22:22

2017-nin manikür dəbi - FOTO

26 May 2017 22:17

Neftimiz ucuzlaşıb

26 May 2017 22:15

Argentina millisinin baş məşqçisi bəlli olub

26 May 2017 22:12

“Ronaldo” və “Messi” İranda - FOTO

26 May 2017 22:08

Azərbaycanlı bərbərdən qeyri-adi üsul: Bu dəfə ŞÜŞƏ ilə saç kəsdi - VİDEO

26 May 2017 21:57

Ağ Ev: "Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil"

26 May 2017 21:57

Misirdə terror:

26 May 2017 21:57

Nardaran qalası – yorğun, atılmış, tənha qala... (FOTO)

26 May 2017 21:55

Qazax sakini bıçaqlandı

26 May 2017 21:53

Azərbaycanda bir ailəyə dəhşətli sürpriz: Qəbirdən cadu tapdılar - VİDEO

26 May 2017 21:52

46 yaşlı kişi bıçaqlanıb

26 May 2017 21:47

13 yaşlı uşaq ağacdan yıxılaraq öldü - GƏNCƏDƏ

26 May 2017 21:43

Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir - VİDEO

26 May 2017 21:42

Yarpaq üzərində qeyri-adi rəsm əsərləri - FOTO

26 May 2017 21:42

​Beyin mərkəzləri Almaniyada bir araya gəlir -

26 May 2017 21:33

İmicini dəyişdi - kişilər bəyənmədi

26 May 2017 21:32

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var... - VİDEO

26 May 2017 21:32

G-7 ölkələrinin liderləri terrorizmlə mübarizəyə dair bəyannamə imzaladı

26 May 2017 21:28

Qazax şəhərində yerli sakin bıçaqlanıb

26 May 2017 21:27

Ramazan ayının ilk gününün DUASI VƏ TƏQVİMİ

26 May 2017 21:22

Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs həbs edilib

26 May 2017 21:17

Əməkdar artist çəkiliş vaxtı zəhərləndi: "Xəstəxanaya yerləşdirib, mədəmi yudular" - FOTO

26 May 2017 21:17

"Qarabağ" Moskva klubuna rəqib oldu

26 May 2017 21:17

Evi əlindən alınan kişi "Bank Respublika"nın önündə özünü yandırdı —

26 May 2017 21:14

Fransanın MDB ölkələri üzrə regional rəhbəri İİTKM-də olub

26 May 2017 21:12

Azərbaycan XİN Misirdəki terror aktını qınayır

26 May 2017 21:08

Bakıda 5 yaşlı qızın əsərləri sərgilənəcək

26 May 2017 21:03

SOCAR-da “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim keçirilib

26 May 2017 21:02

Füzulidə “Yaşa Azərbaycan” festivalı keçirilib

26 May 2017 21:02

Qızından Rəqsanəyə: "Sən başqa qollardasan, mən başqa qollarda..." -VİDEO

26 May 2017 20:57

Vergilər Nazirliyinin əməkdaşları iki həftədə 1400-dən çox sahibkarla görüşüb

26 May 2017 20:57