Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müdafiə naziri vəzifəsindən sui-istifadədə ittiham olunur

Müdafiə naziri vəzifəsindən sui-istifadədə ittiham olunur

Date: 23 November 2016 16:05

Bolqarıstan Prokurorluğu 2015-ci ildə "MiQ-29" qırıcı təyyarələrinin təmiri üzrə Polşa ilə bağlanmış sazişlə əlaqədar ölkənin müdafiə naziri Nikolay Nençevə qarşı vəzifəsindən sui-istifadə üzrə ittiham irəli sürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, istintaq məlumatlarına görə, bu anlaşma dövlət xəzinəsinə 3,5 milyon avrodan çox məbləğdə maddi ziyan vurub.
N.Nençevin vəkili Radan Kunev jurnalistlərə bildirib ki, prokurorluq yalnız ittiham irəli sürüb, işin materialları təqdim olunmayıb.

Müdafiə naziri ölkəni tərk etməmək barədə öhdəlik götürdükdən sonra sərbəst buraxılıb.

Milli.Az


Tags:  Müdafiə naziri vəzifəsindən sui-istifadədə ittiham olunur

RƏYLƏR


Top news