Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

FİFA millimizin rəqibin cəzalandıra bilər

FİFA millimizin rəqibin cəzalandıra bilər

Argentinanın FİFA-dakı üzvlüyü dondurula bilər (03 Mart 2017 08:17)

Tarix: 23 Noyabr 2016 16:07


FİFA Şimali İrlandiya və Uels Futbol assosiasiyalarına qarşı iş açıb. 


Fanat.Az xəbər verir ki, buna səbəb hər iki ölkənin yığma komandasının 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsindəki oyuna futbolkalarında silahlı münaqişələrin qurbanlarının xatirəsinin rəmzi olan qırmızı lalənin təsviri ilə çıxması olub.


FİFA bu əlaməti siyasi rəmz hesab edir və onun idman geyimində əks olunmasına icazə vermir. Bu səbəbdən Şimali İrlandiya və Uels assosiasiyalarına qarşı intizam sanksiyaları tətbiq edilə bilər.


Şimali İrlandiya Futbol Assosiasiyası FİFA-nın qərarına qarşı özlərini müdafiə edəcəklərini bildirib.


Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Uels yığma komandası Serbiya millisi ilə heç-heçə (1:1) oynayıb, Şimali İrlandiya isə öz meydanında Azərbaycan yığmasına qalib gəlib - 4:0.


Fanat.Az



Teqlər:  FİFA millimizin rəqibin cəzalandıra bilər



RƏYLƏR


Top xəbərlər