Azərbaycanda ilin “Ən yaxşı müəllimi” intihar edib

Azərbaycanda ilin “Ən yaxşı müəllimi” intihar edib
16:07 23 Noyabr 2016
542 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Abşeron rayonunda 66 yaşlı müəllim özünü yaşadığı evdə asaraq intihar edib.
"Report"un məlumatına görə, hadisə Xırdalan şəhəri, Quşçuluq Massivi döngə 6 ev 45-də qeydə alınıb.
Belə ki, 1950-ci il təvvəllüdlü Mirzəyeva Azelma Xamis qızı yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumata görə, A.Mirzəyevanın meyiti onun evinə fərdi təhsil almağa gələn şagirdləri tərəfindən aşkarlanıb.
Qeyd edək ki, A.Mirzəyeva 297 saylı orta məktəbdə 39 il İngilis dili müəllimi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı 15 il bundan qabaq vəfat edib, övladı yoxdur.
297 saylı orta məktəbdən verilən məlumata görə, A.Mirzəyeva 2015-ci ildə təqaüdə çıxıb. O, 2002-ci ildə respublika üzrə "Ən yaxşı müəllimi" 2-ci dərəcəli diplomu ilə seçilib.
Faktla bağlı araşdırmalara başlanılıb. Müəllimin intihar etməsinin səbəbləri araşdırılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanda-ilin-en-yaxsi-muellimi-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR