Politoloq: “Minsk qrupu Sarkisayan hakimiyyətinin ömrünü uzadır”

Politoloq: “Minsk qrupu Sarkisayan hakimiyyətinin ömrünü uzadır”
16:23 23 Noyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

“Həmsədrlərin dəyişməsi birbaşa Ermənistanın xeyrinə işləyən addımdır”.

Publika.az
xəbər verir ki, bu barədə politoloq Qabil Hüseynli ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ilin sonunda fəaliyyətini dayandıracağı haqda fikirlərini şərh edərkən deyib.

Q.Hüseynli bildirib ki, bundan öncə Fransa Minsk qrupundakı həmsədrini dəyişdirdi: “Yeni fransalı həmsədr təyin olunmasından iki ay keçməsinə baxmayaraq, münaqişə ilə bağlı bir cümlə də danışmayıb. Çünki yeni həmsədrlər gələndə onların münaqişə haqda ətraflı öyrənməsi xeyli vaxt alır. Ceyms Uorlikin yerinə gələcək yeni diplomat da belə edəcək. Bu isə faktiki olaraq, münaqişənin həlli ilə bağlı prosesin uzanmasına gətirib çıxarır. Ermənistana lazım olan da budur”.

Politoloq Qərbin Qarabağ münaqişəsində Rusiyanın əsas açar olduğu fikrini qəbul etdiyinə diqqət çəkib.

“Bu barədə Ceyms Uorlikin özü də zaman-zaman bildirib. Lakin reallıq budur ki, rusiyalı həmsədr münaqişə ilə bağlı heç bir təşəbbüs irəli sürmür. Deməli hər iki məqam Ermənistana sərf edir”, - deyə o bildirib.

Q.Hüseynli əlavə edib ki, 2017-ci ildə Ermənistanda parlament respublikasına keçidlə bağlı referendumun keçirilməsi nəzərdə tutulur: “Serj Sarkisyan öz hakimiyyətinin müddətini uzatmaq üçün belə bir teatr qurmaq fikrindədir. Bu teatrın rahat şəkildə baş tutması üçün Qarabağ məsələsi ikinci plana keçməlidir. Görünən odur ki, Minsk qrupu öz fəaliyyəti ilə Sarkisyana bu imkanı yaradır. Bu baxımdan, bu formatın ləğv olunması, yaxud dəyişdirilməsi vacibdir. Rəsmi Bakı dəfələrlə bunu gündəmə gətirib. Əslində, həmsədr dəyişdirilməsinin digər hədəfi də heç bir iş görə bilməyən Minsk qrupunun fəaliyyət göstərdiyi görüntüsünü yaratmaqdır”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR